Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Murad Arif “Avroviziya-2020” təmsilçimiz barədə danışır

© Photo : Instagram / muradarifМурад Ариф
Мурад Ариф - Sputnik Azərbaycan
Abunə olmaq
Bəstəkar-müğənni Murad Arif deyir ki, “Avroviziya”ya göndərilən ifaçının fərdi keyfiyyətləri uğursuz mahnını da önə çıxartmağa qadirdir
Murad Arif: “Samirə Əfəndinin Azərbaycanı təmsil etməsinə sevinirəm”

“Builki mahnımız yaddaqalanlığı və maraqlı gedişləri diqqətçəkəndir”. Bunu Sputnik Azərbaycan-a “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnıya haqqında danışarkən bəstəkar-müğənni Murad Arif deyib.

“Təmsilçimizin güclü ifaçı olduğu düşünürəm və ona inanıram. Onun səsi və özünəinamı ilə seviləcəyinə əminəm. “Avroviziya”ya göndərilən ifaçının fərdi keyfiyyətləri uğursuz mahnını da önə çıxartmağa qadirdir. Samirə Əfəndinin  bu il Azərbaycanı təmsil etməsinə sevinirəm” – deyə o bildirib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib. Samira Əfəndi “Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” ("Açıl!") olan “Avroviziya-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Murad Arifin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0