Eyyub Hüseynov maska qıtlığı haqda: Nazirlər Kabineti qərar qəbul etməlidir

167
(Yenilənib 14:47 12.03.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dövlət istehlakçıların üzləşdiyi maska qıtlığı ilə müvafiq işlər görür
Eyyub Hüseynov: “İstehlakçılar prosedur qaydalarına əməl etməlidir”

“Son günlər maskaların və dizenfiksiya məhsullarının tapılmaması ilə bağlı müraciətlər daxil olur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov bildirib ki, ümumdünya istehlakçılar təşkilatından da mütəmadi məlumatlar əldə edilir:

“Dövlət istehlakçıların üzləşdiyi maska qıtlığı ilə bağlı müvafiq işlər görür. Maskaların və dizenfeksiya məhsullarının qiymətinin sabit qalması istənilirsə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarlar qəbul etməlidir. Əldə etdiyimiz məlumatlara görə, Çində qeyri-müəyyən şəraitdə spirtlər hazırlanır. Düşünürük ki, hazırkı situasiyada belə spirtlərin Azərbaycana gəlmə ehtimalı var. Bütün hallarda istehlakçılar müəyyən prosedur qaydalarına əməl etməlidirlər”.

Eyyub Hüseynovun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

167

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

43
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

43
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

118
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

118
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"

0
(Yenilənib 17:45 26.10.2020)
Türkiyə Prezidenti: Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur.

BAKI, 26 oktyabr — Sputnik. Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Qərb, xüsusi ilə Xristian dünyasına səslənirəm. İnsanıq, insan olaraq Xristian olmaq günah deyil, ona da sahib çıxırıq. Fransada müsəlmanlara qarşı zülm varsa, orada sahib çıxaq deyə dünya liderlərinə səslənirəm. Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın", - deyə Ərdoğan qeyd edib.

0
Əlaqədar
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır