CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qida israfı ilə necə mübarizə aparmaq olar – ekspert şərh edir

© Sputnik / Nigar IskanderovaDAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi - Sputnik Azərbaycan
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, qida israfçılığı əsasən toy məclislərində, restoranlarda baş verir
Samir Dübəndi: “Tullantıların idarə olunması ilə israfçılığın qarşısını almaq olar”

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması istiqamətində layihə həyata keçirə bilər. Layihənin bu il ərzində başlanılması gözlənilir”.  Bu barədə FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, qida israfçılığı bütün dünyada mövcud olan problemdir:

“Bizdə qida israfçılığı əsasən toy məclislərində, restoranlarda baş verir. Bunun qarşısını almaq üçün xidmət üsulu dəyişdirilməlidir. Digər məsələ isə tullantıların idarə olunmasıdır. Qida sektorunda olan şrikətlər dünyada qəbul edilmiş “Waste Management” standartını əldə edə bilərlər. Hazırkı problemlərdən biri də tullantıların çeşidlənməməsidir. Bu da onların sonrakı emal prosesini çətinləşdirir. Tullantıların idarə olunmasını qura bilsək, israfçılığın qarşısını almaq olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0