Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman şərhçisi güləşçilərin uğuru barədə: müstəqillik tarixində ilkdir

Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, bu nəticə komandamızın yaxşı ehtiyyat qüvvəyə malik olduğunu göstərir
Sənan Şəfizadə: “Prezident İlham Əliyevin təbriki güləş aləmi üçün motivasiyadır”

Prezident İlham Əliyev Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızı təbrik edib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, yunan-roma güləşçilərimizin uğuru müstəqillik tarixində ilkdir: “Bu nəticə komandamızın yaxşı ehtiyyat qüvvəyə malik olduğunu göstərir və yunan-roma güləşimizin uğurudur. Prezident İlham Əliyevin təbriki də güləş aləmi üçün motivasiyadır”.

Qeyd edək ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan güləşçilərimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan sonra ikinci olub. Türkiyə isə 90 xalla 3-cü pillədə qərarlaşıb.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0