AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı

Məhərrəm Zülfüqarlı: "Qanun pozuntuları seçkinin nəticələrinə təsir etmək gücündə olmayıb"

132
(Yenilənib 09:43 11.02.2020)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, AVCİA seçkiləri baş tutmuş hesab edir
Məhərrəm Zülfüqarlı: “Bəzi məntəqələrdə cüzi qanun pozuntuları qeydə alınıb”

“Parlament seçkilərində bəzi məntəqələrdə cüzi qanun pozuntuları qeydə alınıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

O bildirib ki, seçkidən 24 saat əvvəl təbliğat-təşviqat kampaniyası dayandırılmalı olduğu halda, bəzi namizədlər sosial şəbəkələrdə buna davam edirdi, bəzilərinin haqqında elektron KİV-lərdə məlumatlar qalmışdı:

“Gələcəkdə bu kimi hallar aradan qaldırılmalıdır. Bütün bunlara baxmayaraq, belə hallar nəticələrə təsir etmək gücündə olmayıb. AVCİA seçkiləri baş tutmuş olduğunu bəyan edir”.

Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

132
Mövzu:
Növbədənkənar parlament seçkiləri (99)
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

28
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

29
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

29
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0