Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor islahatlar haqqında: müsbət dəyişikliklər var

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-in Rusiya iqtisadiyyat məktəbinin direktor müavini, elmlər doktoru, professor Elşad Məmmədov deyir ki, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşmasını təmin edir
Elşad Məmmədov: “Azərbaycanda aparılan islahatlar müsbət xətt üzrə davam edir”

"Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

UNEC-in Rusiya iqtisadiyyat məktəbinin direktor müavini, elmlər doktoru, professor Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda aparılan islahatlar müsbət xətt üzrə davam edir:

“Büdcə, vergi siyasətində müsbət dəyişikliklər var. Korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşmasını təmin edir. Bu daxilolmaların hesabına sosial sahədə önəmli tədbirlər həyata keçirilir. Bank sektorundakı problemlər isə milli iqtisadiyyatımızın dayanıqlı inkişafına maneə yaradır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0