SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk dövlətlərinin XİN başçılarının Bakı görüşünün məqsədi nədir – politoloq danışır

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, regionumuzda və onun ətrafında gedən proseslərə vahid mövqe nümayiş etdirmək lazımdır
İlqar Vəlizadə: “Çoxtərəfli iqtisadi əlaqələrin inkişafı hər zaman gündəmdədir”

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilib. İclasa Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sədrlik edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Xİn-lərin Bakı görüşü əlaqələrin intensivləşdiyini, dialoqun nəticə verdiyini göstərir:

“Çoxtərəfli iqtisadi əlaqələrin inkişafı hər zaman gündəmdədir. Eyni zamanda beynəlxalq və regional siyasətdə baş verən proseslər, turizm sahəsində əlaqələr, vahid informasiya məkanının yaradılması müzakirə mövzuları arasındadır. Regionumuzda və onun ətrafında gedən proseslərə vahid mövqe nümayiş etdirmək lazımdır. Budəfəki görüş də türkdilli ölkələrin mövqelərini koordinasiya etməyə çalışdıqlarını göstərir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0