Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert miqrantların Azərbaycanı seçmə səbəblərindən danışır

© Sputnik / Murad OrujovDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, Azərbaycan hökuməti müraciətləri yoxladıqdan sonra həmin şəxslərə qaçqın statusu verir
Azər Allahverənov: “Azərbaycanda sığanacaq axtaran 1600-dən çox şəxs var”

Hazırda Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə müsahibəsində deyib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycana gələn miqrantlar müxtəlif səbəblərə görə daimi yaşadıqları yeri tərk etməyə məcbur qalırlar:

“Ölkəmizdə miqrant kimi gələn şəxslər İran və Əfqanıstandan olan şəxslərdir. Azərbaycan hökuməti müraciətləri yoxladıqdan sonra həmin şəxslərə qaçqın statusu verir. Artıq həmin şəxslərə yol sənədinin verilməsinə başlanıb. Həmin insanlar istənilən xarici ölkəyə səfər edə biləcəklər. Bu gün Azərbaycanda sığınacaq axtaran 1600-dən çox şəxs var. Onları Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı himayə edir. Bu şəxslər ölkə ərazisində rahat şəkildə hərəkət edə, yaşaya bilirlər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0