CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Selektiv abortlar bəzi xalqların yer üzündən silinməsinə səbəb olacaq”

© Sputnik / Murad OrujovGənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyir ki, selektiv abortların nəticəsində son 50 ildə 100 milyon qız uşağı döl olarkən məhv edilib
Yeganə Hacıyeva: “Selektiv abortlar diskriminasiyanın göstəricisidir”

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva Sputnik Azərbaycan-a deyir ki, qızların sayının oğlanlarla müqayisədə azalması selektiv abortların nəticəsidir:

“Dölün cinsiyyətini müəyyən edən texnologiyaların inkişafı da nəticəyə təsir göstərir. Selektiv abortların nəticəsində son 50 ildə 100 milyon qız uşağı döl olarkən tələf edilib. Bu fakt özü qadınlara qarşı diskriminasiyanın göstəricisidir. Əsas səbəblərdən biri də qanunvercilik səviyyəsində selektiv abortlara qarşı güclü mübarizənin aparılmamasıdır. Selektiv abortlar gələcəkdə bir çox xalqların yer üzündən silinməsi ilə nəticələnə bilər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0