Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Jurnalist SputnikPro haqqında: bu mövzular bizim üçün faydalı olacaq

Abunə olmaq
“Report” media məktəbinin tələbəsi Nərgiz Malik deyir ki, təlimçilər tərəfindən təqdim edilən mövzular da maraqlı və aktual idi
Nərgiz Malik: “Bizim mühitdə infoqrafikaya yanaşma bir az fərqlidir”

“İki gündür davam edən Sputnik Pro təlimləri mənim üçün çox maraqlı keçdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Report” media məktəbinin tələbəsi Nərgiz Malik deyib.

“Bu gün təlimçilər tərəfindən təqdim edilən mövzular da maraqlı və aktual idi. Düşünürəm ki, bu mövzular jurnalistlər üçün faydalı olacaq. Bugünkü təlimin mövzusu infoqrafika və onun yaranması ilə bağlı idi. Bizim mühitdə infoqrafikaya yanaşma bir az fərqlidir. Bu ekspertlər isə infoqrafikanın yaradılması haqqında ətraflı məlumat verdilər”, - N.Malik bildirib.

Qeyd edək ki, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində yerli jurnalistlər üçün “Yadda qalacaq infoqrafika: məhdud resurslar şəraitində layihələri necə etməli” mövzusuna həsr olunan master-klass baş tutub. Onlayn və çap mətbuatının jurnalist və dizaynerləri ilə görüşdə “Rossiya seqodnya” BİA-nın İnfoqrafika studiyasının aparıcı redaktoru Mariya Potaşova və studiyanın aparıcı bədii illüstratoru Natalya Terexova iştirak ediblər.

SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Nərgiz Malikin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0