CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Professor Bakıdakı sürüşmənin qarşısını almaq üçün həll yolları təklif edir

© Sputnik / Murad OrujovProfessor Çingiz İsmayılov
Professor Çingiz İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov deyir ki, bu yerlərdə hər hansı infrastruktur şəbəkəsini yaratmaq üçün texniki-iqtisadi əsaslandırma verilməlidir
Çingiz İsmayılov: “Su axınlarının qarşısını beton sipərlər saxlaya bilməz”

“Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib”. Bunu jurnalistlərə açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyir ki, Bakı şəhəri amfiteatr relyefinə malikdir və yamaclarda bucaqların artması sürüşmə zonalarının yaranması üçün əlverişli şərait yaradır:

“Bu yerlərdə hər hansı infrastruktur şəbəkəsini yaratmaq üçün onun texniki-iqtisadi əsaslandırması verilməlidir. Əfsuslar olsun ki, 90-cı illərin əvvəlində burada texniki-iqtisadi əsaslnadırma işləri ya aparılmayıb, ya da başdan sovdu edilib. Su axınlarının qarşısını beton sipərlər saxlaya bilməz. Biz bunu Bayılda baş verən sürüşmə zamanı gördük. Sürüşmə zonalarında torpaq altından drenaj sistemləri qurulmalıdır. Qrunt sularının qarşısını beton divarlarla bağlamaqla məsələ həll edilmir”.

Professor Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0