Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda qida turizminə maraq varmı - Fəxrəndə Həsənzadə şərh edir

Abunə olmaq
Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə deyir ki, Azərbaycan kulinariyasına maraq böyükdür
Fəxrəndə Həsənzadə: “Regionlarımıza uyğun festivallar keçirməyi planlaşdırırıq”

“Qida turizminin genişləndirilməsi xarici turistlərin Azərbaycan regionlarına marağının artırılması üçün vacibdir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində qida turizmi ilə bağlı keçirilən tədbirdə “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə deyib.

Fəxrəndə Həsənzadə bildirib ki, Azərbaycan kulinariyasına maraq böyükdür: “Artıq bəzi turizm şirkətləri bununla bağlı ustad dərslərinin keçirilməsini istəyir. Bu ildən etibarən çalışırq ki, hər iki həftədən bir, ya da ayda bir dəfə hər hansı festival təşkil edək. Bizim tədbirlərimizə xaricilər tərəfindən də yüksək maraq var. 2020-ci ildə hər 3 aydan bir regionlarımıza uyğun festivallar keçirməyi planlaşdırırıq”.

Fəxrəndə Həsənzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0