Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hemofiliyalı xəstələrlə bağlı vəziyyət necədir - Gülnarə Hüseynova danışır

© Sputnik / Kamilla AliyevaGülnarə Hüseynova
Gülnarə Hüseynova - Sputnik Azərbaycan
Abunə olmaq
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyir ki, vaxtilə təhlükəsiz dərman preparatlarının olmamasına görə, hemofiliyalı xəstələr hepatit viruslarına yoluxurdular
Gülnarə Hüseynova: “Son 20 il ərzində xəstələrin sayı iki dəfə artıb”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə yola salmaqda olduğumuz 2019-cu ildə Azərbaycanda hemofiliyalı xəstələrlə bağlı vəziyyət və problemlər müzakirə edilib.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyir ki, ümumilikdə 2019-cu il müsbət məqamları ilə yadda qaldı: “Ancaq zəif tərəflərimizin də olduğunu qeyd etməliyik. Hemofiliyalı və digər laxtalanma pozğunluğu olan xəstələrin sayı hazırda 1600-dən çoxdur. İyirmi il ərzində qanda laxtalanma pozğunluğu olan xəstələrin sayı iki dəfə artıb. Vaxtilə təhlükəsiz dərman preparatlarının olmamasına görə, hemofiliyalı xəstələrimiz hepatit viruslarına yoluxurdular. Faktor dərmanlarının tətbiq edilməsindən sonra xəstələrimizdən kimsə qan vasitəsilə hepatit viruslarına yoluxmayıb. Bu dərmanlar bütün dünyada dövlət tərəfindən alınır və təmənnasız olaraq vətəndaşlara verilir”.

Gülnarə Hüseynovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0