Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyalı senator Azərbaycanla əlaqələri şərh edir

© Sputnik / Andrey KlimovAndrey Klimov
Andrey Klimov  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov deyir ki, ölkə başçılarının mütəmadi görüşləri əlaqələrin inkişafına töhfə verir
Andrey Klimov: “Humanitar sahədə əməkdaşlığımız dinamik inkişaf edir”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Moskva-Bakı-Kişinyov-Tbilisi videokörpüsü keçirilib. Videokörpüdə Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov sualları cavablandırıb.

Azərbaycan-Rusiya münasibətləri haqqında danışan komitə sədri bildirib ki, hazırda Azərbaycan-Rusiya münasibətləri yüksələn templə inkişaf edir:

“Bizim ölkələrimiz arasında ticarət dövriyyəsi durmadan artır və cari il ərzində 15 faizlik artım qeydə alınıb. İqtisadi sahədə böyük layihələr gerçəkləşdirilir, eyni zamanda humanitar sahədə də əməkdaşlığımız dinamik inkişaf edir. Hər iki ölkə başçısının mütəmadi görüşləri əlaqələrin inkişafına töhfə verir. Qeyd etmək istərdim ki, Xəzər ətrafında mövcud olan çətin sullara rəğmən xəzəryanı ölkələr razılıq əldə etməyi bacardı.  Rusiya Azərbaycanın digər ölkələrlə müttəfiqlik və tərəfdaşlıq əlaqələri qurmasını dəstəkləyir. Bu Azərbaycanın suveren hüququdur”.

Andrey Klimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0