Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məktəblərdə davamiyyət problemini necə həll etmək olar – ekspert şərhi

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, repetitorlarla deyil, repetitorluğa qarşı mübarizə aparmalıyıq
Kamran Əsədov: “Ali məktəblərə qəbul imtahanları sadələşdirilməlidir”

“Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsizliyə yol verən direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq”. Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, şagirdlərin davamiyyətinin aşağı düşməsinin səbəbi repetitor hazırlığına getməsidir:

“Biz repetitorlarla deyil, repetitorluğa qarşı mübarizə aparmalıyıq. Əgər davamiyyət problemini həll etmək istəyiriksə, ali məktəblərə qəbul imtahanlarını asanlaşdırmalıyıq. Digər tərəfdən, məktəb dərslikləri sadələşdirilməli, orta ümumtəhsil məktəblərində keyfiyyətli təhsil verilməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0