CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcbari tibbi sığorta necə tətbiq ediləcək – şöbə müdiri suallara aydınlıq gətirir

Abunə olmaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyir ki, tibbi sığortanın tətbiqinə ilk olaraq şimal zonasında başlanılacaq
Şükür Eyvazov: “Tibbi sığorta mərhələli şəkildə digər regionlarda həyata keçiriləcək”

“20 gündən sonra ölkə ərazisində mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, artıq İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB yaradılıb. Bununla Səhiyyə Nazirliyinin tabeliyindəki bir çox tibb müəssisəsi TƏBİB-ə verilib:

“Tibbi sığortanın tətbiqinə ilk olaraq şimal zonasında başlanılacaq. Şimal ərazisindən başqa pilot olaraq işlədiyimiz ərazilər də bura aid ediləcək. İlk olaraq 23 ərazi vahidində tətbiqinə başlanılacaq tibbi sığorta 2 milyon 200 mindən çox əhalinin əhatə edəcək. Daha sonra bu proses mərhələli şəkildə digər regionlarda həyata keçiriləcək”.

Şükür Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0