CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Nazirin müavini ağacəkmə aksiyasından danışır

© Sputnik / Talib BarkhudayevƏli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini
Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini  - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyir ki, bu gün əkilən ağaclar Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq
Əli Əhmədov: “Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq”

“Bu günü Azərbaycanın ekologiya tarixində özəl gün adlandırmaq olar. Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağac əkiləcək. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

“Vətəndaşlar Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyəylə qarşılayıblar. Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, bu gün əkilən ağaclar Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Əhali üçün rahat əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir” – deyə Ə.Əhmədov bildirib.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Əli Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0