QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq Azərbaycan-Rusiya münasibətləri barədə: maraqlı məqamlar var

Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya uğurlu səfərinin əlaqələrimizin inkişafına töhvə verəyini düşünür
Elxan Şahinoğlu: “Rusiya Azərbaycan üçün əlverişli və böyük bazardır”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə “Atlas” analitik araşdırmalar mərkəzinin ekspertləri Azərbaycan-Rusiya münasibətlərinin fəallaşmasının regional siyasətdəki proseslərə və təhlükəsizliyə təsiri mövzusunda müzakirələr aparıblar.

Mərkəzin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan-Rusiya münasibətləri davamlı şəkildə inkişaf edir: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya uğurlu səfərinin əlaqələrimizin inkişafına töhvə verəyini düşünürəm. Müxtəlif sahələr üzrə aparılan müzakirələrdə diqqət çəkən maraqlı məqamlar oldu. Azərbaycan Rusiyaya ixrac etdiyi kənd təsərrüfatı məhsullarının həcmini iki dəfə artırmaq istəyir. Çünki Rusiya Azərbaycan üçün əlverişli və böyük bazardır”.

 Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0