Mübariz Əhmədoğlu

Politoloq ölkədə aparılan kadr islahatlarından gözləntilərini açıqladı

116
(Yenilənib 16:09 04.12.2019)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, islahatların nəticəsi olaraq Azərbaycan vətəndaşının iqtisadi-sosial vəziyyətli xeyli yaxşılaşacaq

“Ölkə Prezidenti İlham Əliyevin islahatları təkcə kadr deyil, həm də iqtisadi, siyasi məzmun daşıyır”. Bunu Sputnik Azərbaycan-a keçirilən islahatlar haqqında danışarkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, bu islahatların hamısı sonda iqtisadiyyatın inkişafına xidmət edəcək: “İslahatların nəticəsi olaraq Azərbaycan vətəndaşının iqtisadi-sosial vəziyyəti xeyli yaxşılaşacaq. İndiki zamanda islahatların aparılması Azərbaycan üçün çox vacibdir. Bu islahatlar qloballaşmanın nəticəsidir”.

Hazırda Azərbaycanda iqtisadi və siyasi sahədə islahatlar aparılır. İslahatların davam etdiyi bir vaxtda Milli Məclis buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

116