İqtisadçı-ekspert Fuad İbrahimov

Şərqlə Qərbi birləşdirən kəmərdən Azərbaycan qazanacaq ekspert danışır

65
(Yenilənib 15:58 03.12.2019)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, bu layihələrin təsir dairəsi dünyanın bir çox regionunu əhatə edir

İqtisadi güc nəticədə siyasi gücə çevrilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxışı zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu layihələrin reallaşdırılması Azərbaycan üçün yenilik deyil və əhəmiyyəti də danılmazdır: “Bu layihələrin təsir dairəsi regionları əhatə edir. Şərqlə Qərbi birləşdirən layihələrin əhəmiyyətinə o zaman şübhə yaranardı ki, onlar reallaşdırılmasın. TANAP Azərbaycanın iqtisadi qüdrətini gücləndirməklə yanaşı, onun siyasi cazibədarlığını da artıracaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

65