Politoloq İlqar Vəlizadə

İranla yeni nüvə sazişi imzalana bilərmi politoloq danışır

110
(Yenilənib 17:50 01.12.2019)
Politoloq İlqar Vəlizadə hesab edir ki, hazırda İran ətrafında hadisələr mənfi ssenari üzrə inkişaf edir

İranın nüvə sazişi üzrə birgə komissiyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclası bu il dekabrın 6-da baş tutacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi məlumat verib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, İran nüvə proqramı ilə bağlı planlaşdırılan görüş vəziyyəti normallaşdıra bilməz: “Hazırda hadisələr mənfi ssenari üzrə inkişaf edir. Bunun əsas səbəbi ABŞ sanksiyaları və onun nəticələridir. ABŞ sanksiyaları yüngülləşdirmək haqqında düşünmür, o cümlədən İran da ABŞ-ın irəli sürdüyü təkliflərlə razılaşmadığını bildirir. Ona görə də yaxın gələcəkdə sazişin reallaşacağı ilə bağlı nikbin fikir söyləmək qeyri-mümkündür”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

110