Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maliyyə Bazarlarına Nəzarət Palatası vəzifələrini icra edə bilmədi –professor şərhi

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişafına heç bir töhfə verməyən qurumun ləğvini reallaşdırdı
Elşad Məmmədov: “Ölkədə pul-kredit sistemi çox problemlidir”

Prezident İlham Əliyev Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası mövcud olduğu müddətdə qarşısına qoyulan vəzifələri icra edə bilmədi:

“Bu palatanın vəzifəsi maliyyə bazarlarında, konkret olaraq bank sektorunda dönüş yaratmaq idi. Çünki, Azərbaycanda iqtisadi problemlərin biri, bəlkə də birincisi bank sektorundakı vəziyyətlə bağlı idi. Hazırkı vəziyyətdə ölkədə pul-kredit sistemi çox problemlidir. Prezident İlham Əliyev bu sərəncamla ölkə iqtisadiyyatının inkişafına heç bir töhfə verməyən qurumun ləğvini reallaşdırdı”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0