Natiq Cəfərli

“Qara cümə” Azərbaycanda özünü doğrulda bilirmi ekspert şərhi

41
(Yenilənib 09:57 29.11.2019)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dünyada gedən proseslərlə Azərbaycankı proseslər fərqlənir
Natiq Cəfərli: “Dünya şəbəkəsində baş verən proseslər Azərbaycanda təkrarlanmır”

“Dünyadakı “Qara cümə” ilə Azərbaycandakının təşkilatçılığı arasında fərq var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Azərbaycanda böyük şirkətlərin mağazaları təmsilçi kimi fəaliyyət göstərmir: “Ona görə də dünya şəbəkəsində baş verən proseslər Azərbaycanda təkrarlanmır. Yerli təmsilçilər endirim kampaniyaları ilə bağlı özləri qərar verirlər. Kampaniyaların artması ticarət dövriyyəsinin yüksəlməsinə, bu da öznöbəsində vergi daxilolmalarının daha çox toplanmasına şərait yaradır. Ümumlikdə isə dünyada gedən proseslərlə Azərbaycandakı proseslər fərqlənir”.

Qeyd edək ki, “Qara cümə” adlanan endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

41
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “İrandan silah alacaq ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər”

33
(Yenilənib 10:24 21.10.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmır
Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır”. Bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İranın hər zaman müasir silah texnologiyalarına ehtiyacı olub və indi də var:

“Silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmıram. Bunun nəticəsi olaraq həmin ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər. Bununla belə İran özünə tərəfdar qrupları silahlandırmağa davam edəcək. İran çalışacaq ki, Rusiyadan və ya hansısa Avropa ölkəsindən müasir silah texnologiyaları alsın. Problem burasındadır ki, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır və hansı pulla bu texnologiyaların idxal ediləcəyi sual altındadır”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

37
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

37
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Silahlı şəxs, arxiv şəkli

İgidlik ondur, doqquzu ehtiyat: bu günlərdə bütün davranışlarımızı dəyişməliyik

0
(Yenilənib 22:15 21.10.2020)
İnsanlar xarici ölkənin jurnalistləri, blogerlərinin keçirdiyi sorğuda iştirak etmək təklifi olarsa, diqqətli olmalı, hərbi məlumatları bölüşməməlidirlər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Dövlət Təhlükəsizlik Xidməti erməni terroru barədə xəbərdarlıq edib.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olan məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər.

Rəsmi Bakı xaricdəki diplomatların erməni terrorundan qorunması üçün müraciət göndərəcək>>

Vətəndaşlar terror hadisələrindən qorunmaq üçün nə etməlidirlər?

Sputnik Azərbaycan bu məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevlə danışıb.

O bildirib ki, hərbi vəziyyət dövründə insanların davranışı, hərəkətləri, təhlükə riski olduqda nələrə diqqət etmələri, şübhəli əşya, yaxud insanlar gördükdə necə rəftar etməli olduğuna dair ilkin biliklərə sahib olması çox önəmlidir.

"Hər gün mətbuatı izləməklə gündəlik xəbərlərdən məlumatlı olmaq lazımdır. Bu, insanları yalan informasiyanın təsirinə düşməkdən qoruyar. Ciddi zərurət yoxdursa, hər hansı bir yerə səfər etmək, bir yerdə toplaşmaq olmaz. Bu həm yollarda nəqliyyatın sıxlığına, həm də mövcud pandemiya ilə əlaqədar olaraq virusun geniş bir miqyasda yayılmasına səbəb ola bilər", - deyən ekspert bildirib ki, bu dövr üçün informasiya təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır.

Bu səbəbdən də ekspert tanımadığınız şəxslərlə, xüsusən də sosial şəbəkələrdə hər hansı informasiyanı bölüşməyi tövsiyə etmir.

"Strateji yerlərdə işləyən şəxslər öz iş yerlərində foto və video çəkib sosial şəbəkələrdə və digər internet platformalarında paylaşmamalı, xarici ölkənin jurnalistləri, blogerlərinin keçirdiyi sorğuda iştirak etmək təklifi olarsa, diqqətli olmalı, hərbi məlumatları bölüşməməlidirlər", - deyən E.Nurəliyev bildirib ki, tanımadığınız şəxslər sizə yaxınlaşaraq hər hansı dövlət qurumunun yerini, hər hansı strateji obyektin ünvanını soruşduğu və yaxud qonaq olduğunu bildirib sizin adınıza mobil nömrə qeydiyyata almaq kimi təkliflər etdikdə diqqətli yanaşmaq, dərhal hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır.

Mütəxəssis bildirir ki, insanlar hər zaman olduğundan daha ayıq-sayıq davranmalı, şübhəli əşya, qurğu və çanta gördükdə toxunmamalı, digər şəxslərin də toxunmamasını təmin etməli və hüquq mühafizə orqanlarına məlumat verməlidirlər.

"Həmçinin özünü şübhəli aparan insanlar gördükdə onların üz cizgilərini, əlində, üzündə olan xal, ləkəni yadda saxlamalı, geyiminə və üzərində olan aksesuarlara diqqət etməlidirlər", - deyən ekpert bildirib ki, komendant saatının tələbinə ciddi riayət etmək lazımdır.

Onun sözlərinə görə, insanlar şayiələrə, rəsmi olmayan xəbərlərə inanmamalı, onları sosial şəbəkələrdə paylaşmamamlı, hərbi məlumatları ancaq rəsmi mənbələrdən almalıdırlar.

Bununla yanaşı, hərbi texnikaların, hərbçilərin foto və videosunu paylaşmamalı, komendant saatının tələblərinə əməl etməlidirlər.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Təhlükəsizlik xəbərdarlığı: VPN tətbiqindən casusluq üçün istifadə olunur
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi