Orxan Məmmədov

Orxan Məmmədov elektron ticarət sahəsində görülməli işlərdən danışır

119
(Yenilənib 09:53 28.11.2019)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyir ki, ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üçün hüquqi zəmin yaranıb
Orxan Məmmədov: “KOBİA-nın əsas vəzifəsi ölkədə biznesin dəstəklənməsidir”

“Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən “World E-Commerce Forum Eurasia Baku 2019” konfransında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. Ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üçün hüquqi zəmin yaranıb. Hesab edirik ki, elektron ticarətin inkişafı üçün 3 tərəf - vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyırlar. İqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir”, - o qeyd edib.

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

119
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

27
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

22
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə