Nərmin Şamilbəyli

Qadınlara yönəlmiş cinayət hallarının qarşısını necə almaq olar –ekspert şərhi

90
(Yenilənib 12:59 27.11.2019)
Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli deyir ki, qadınlara qarşı tördilən cinayət hallarının qarşısının alınması üçün psixoloji üsullar tətbiq edilməlidir

“Bu ilin oktyabr ayında Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş "dəyirmi masa"da deyib.

Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli Sputnik Azərbaycan-a deyir ki, qadın haqları insan haqlarının əsas hissədir və onların daha çox müdafiəyə ehtiyyacı var:

“Bütün dünyada qadınlara qarşı zorakılıq halları mövcuddur. Lakin Şərq aləmində və Azərbaycan cəmiyyətində bu, mental psixoloji göstəricilərinə görə fərqlənir. Problemin kökündə psixoloji hallar dayanır və ona görə də həlli daha çox psixoloji tərbiyyələndirmə ilə mümkündür. Qadınlara qarşı törədilən cinayət hallarının qarşısının alınması üçün psixoloji üsullar tətbiq edilməlidir. Azərbaycan dövləti qadın haqları ilə bağlı bir çox beynəlxalq öhdəlik və konvensiyalara qoşulub. Onlar dövlət siyasətinə əlavə proqramlar, qanunvericiliyə dəyişikliklər formasında tətbiq edilməli, bu sahədə islahatlar aparılmalıdır”.

90