CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin köməkçisi Sputnik-ə dövlət nümayəndə heyətinin Mazdok səfəri haqqında danışır

© AAAzərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, nümayəndə heyəti 223-cü divizyanın qəhrəman döyüşçüləri üçün qoyulmuş ayrıca güşənin açılışında iştirak edib
Əli Həsənov: “223-cü diviziya Mazdokdan Berlinə qədər döyüş yolu keçibdir”

Noyabrın 24-də Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimi keçirilib. Azərbaycan nümayəndə heyəti Mozdokda keçirilən anım mərasimində iştirak edib.

Anım mərasimində iştirak etmiş Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Sputnik Azərbaycana deyib ki, məşhur 223-cü atıcı diviziya azərbaycanlıları Böyük Vətən müharibəsində təmsil edən 5 əsas diviziyadan biri olubdur:

“Bu diviziya Mazdokdan Berlinə qədər döyüş yolu keçibdir. Biz də Mazdokda azərbaycanlılardan təşkil edilmiş 223-cü divizyanın qəhrəman döyüşçüləri üçün qoyulmuş ayrıca güşənin açılışında iştirak etdik. Mərasimdə 223-cü atıcı divizyanın Böyük Vətən müharibəsindəki qəhrəmanlıqları ilə bağlı çıxışlarımız oldu”.

Əli Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0