Millət vəkili Azərbaycan Birinci vitse-prezidentinin Rusiyaya səfərini şərh edir

Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə deyir ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə, əməkdaşlığın yeni sahələrinin tapılmasına xidmət edir
Aydın Mirzəzadə: “Humanitar əlaqələrin gücləndirilməsində Mehriban Əliyevanın böyük zəhməti var”

“Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq”. Bunu Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimində çıxışında deyib.

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri bu ölkəyə verilən önəmi göstərir: “Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin gücləndirilməsində Mehriban Əliyevanın çox böyük zəhməti var. O, Azərbaycanda rus mədəniyyətinin təbliği, ölkəmizin Rusiyada tanıdılması üçün bir çox layihələrin təşəbbüskarı olub. Bu səfər ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə, əməkdaşlığın yeni sahələrinin tapılmasına xidmət edir”.

Millət vəkili Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0