Elşad Məmmədov

Professor Azərbaycan-Rusiya əlaqələrinin güclənməsini zəruri edən səbəbləri açıqladı

86
Professor Elşad Məmmədov deyir ki, iqtisadi problemlər bölgə ölkələrinə adekvat reaksiyaların verilməsini diqtə edir

“Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin dinamikası müsbət xətt üzrə inkişaf etməkdədir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, hazırda dünyada iqtisadi və geosiyasi amillərlə bağlı olan proseslər gedir: “Dünya iqtisadiyyatının problemləri dərinləşməkdədir. Bu problemlər bölgə ölkələrinə adekvat reaksiyaların verilməsini diqtə edir. Bölgədə qarşılıqlı fayda əsasında formalaşan iqtisadi əməkdaşlıq prioritet rol oynamalıdır. Həm Azərbaycan, həm Rusiya rəhbərliyi bu çağırışlara kifayət qədər adekvat cavab verirlər”.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. Mehriban Əliyeva səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşüb. Vladimir Putin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Bundan əlavə, Mehriban Əliyeva Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb.

86