Kamran Əsədov

Ekspert tələbələrin əsas problemi barədə: yataqxanalar niyə yoxdur

117
(Yenilənib 08:03 26.11.2019)
Təhsil ekspert Kamran Əsədov deyir ki, tələbə yataqxanası təhsilin keyfiyyətinə bilavasitə təsir göstərən amillərdən biridir

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında tələbə qızların zəhərlənməsi yataqxanalar mövzusunu yenidən diqqət mərkəzinə gətirmiş oldu.

Təhsil ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, ölkəmizdə 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərsə də, onlardan yalnız 10-a yaxınının tələbə yataqxanası mövcuddur:

“Tələbə yataqxanası təhsilin keyfiyyətinə bilavasitə təsir göstərən amillərdən biridir. Ali təhsil müəssisəsinin kampusunun olması onun beynəlxalq reytinqinə 30 faiz təsir göstərir. Mövcud problem nəzarət mexanizminin həyata keçirilməsidir. Gələcəkdə tələbə yataqxanalarında faciəvi hadisələrin baş verməməsi üçün nəzarəti gücləndirmək lazımdır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

117