Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov

Azəbaycana gələn turistlərin sayını necə artımaq olar ekspert şərhi

106
(Yenilənib 08:06 26.11.2019)
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, Azərbaycanda gəlmə turizmi ilə bağlı görülən işlər daha çox tanıtımla bağlı olur

2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, statistik rəqəmlərə nəzər saldıqda gəlmə turizmi üçün artım tempinin yüksək olduğunu görürük:

“Bu ondan xəbər verir ki, aidiyyatı strukturlar müəyyən işlər həyata keçirirlər. Digər tərəfdən isə müəyyən şirkətlər Azərbaycana tursitlərin gəlməsi üçün piar təbliğat işləri görürlər. Azərbaycanda gəlmə turizmi ilə bağlı görülən işlər daha çox tanıtımla bağlı olur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

106