Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa

Azərbaycan Qazaxıstan Avropa ilə Asiyanı necə birləşdirəcək professor danışır

54
(Yenilənib 10:33 23.11.2019)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, bu layihə ölkələrimizin rəqəmsal telekommunikasiya habına çevrilməsi, iqtisadiyyatın şaxələndirilməsi və valyuta daxilolmalarının genişlənməsinə səbəb ola bilər

Azərbaycan və Qazaxıstan Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradır. Bununla bağlı Qazaxıstanın baş naziri Askar Mamin və Azərbaycanın Baş Naziri Əli Əsədov "TransCaspian Fiber Optic" (TCFO) layihəsinin - Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması səbəbilə Aktau şəhərində keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Qazaxıstanın belə bir layihədə iştirakı bu ölkələrin iqtisadiyyatlarında apardıqları islahatların önəmini ortaya çıxarır:

“Bu baxımdan, ölkələrimizin rəqəmsal telekommunikasiya habına çevrilməsi iqtisadiyyatın şaxələndirilməsi və valyuta daxilolmalarının genişlənməsinə səbəb ola bilər. Digər tərəfdən isə biz belə bir bazarda mövqe qazanmaq və xarici ticarətdə ekvivalent göstəricilərə nail olmaqla bütöv iqtisadiyyatımızın dünya iqtisadi sistemindəki dayanıqlılığını artıra bilərik”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

54