Hüquqşünas Azərbaycan bələdiyyələrinin əsas problemlərini açıqladı

110
(Yenilənib 15:10 22.11.2019)
Hüquqşünas Bahadur Kərimov deyir ki, bələdiyyə hər hansı torpağı satmaq üçün onun üzərindəki mülkiyyət hüququnu tanıtmalıdır

“Azərbaycanda bələdiyyə əmlakının idarə olunmasında problemlər mövcuddur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə hüquqşünas Bahadur Kərimov deyib.

“Bu problemin əsas səbəbi bələdiyyə ərazilərinin sərhədlərinin dəqiq müəyyən edilməməsidir. Bu da alğı-satqı prosesində problemləri ortaya çıxarır. Bəzən bələdiyyə sədrləri bilərəkdən qanunsuzluqlara gedir. Bələdiyyə hər hansı torpağı satmaq üçün onun üzərindəki mülkiyyət hüququnu tanıtmalıdır. Onların torpaq sahələri üzərində şəhadətnamələri olsa, mülkiyyət bölgüsü dəqiq aparılsa, artıq bu sahədə doğru qərar qəbul edə bilərlər. Ümumiyyətlə bələdiyyə büdcələrinin formalaşması vacib məsələlərdəndir. Bələdiyyələrin yetərli büdcəsi olmalıdır ki, xərc istiqamətlərinə uyğun olaraq işlər görə bilsin”.

Bahadur Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

110