Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

Yaxın Şərqdə İŞİD necə sarsıdıldı politoloq şərhi

86
(Yenilənib 09:52 22.11.2019)
Politoloq Fikrət Sadıxov deyir ki, Yaxın Şərqdə İŞİD-in tam məhv edildiyi qənaətinə gəlmək hələ tezdir

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani təhlükəsizlik qüvvələri tərəfindən ölkə ərazisindəki İŞİD terrorçularının məhv edildiyini açıqlayıb. Ölkənin şərqindəki Nəngərhar əyalətinin Cəlalabad şəhərində yerli ağsaqqallar və rəsmilər qarşısında nitqi zamanı dövlət başçısı deyib ki, bir il əvvəl nə vaxtsa İŞİD-i məhv edəcəyimizə heç kəs inanmazdı: "Hazırda İŞİD yaraqlıları təslim olur, mən onların ailələrini mərhəmətlə müalicə etmək barədə rəsmilərə tapşırıq vermişəm”.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, İŞİD-in zəifləməsi göz önündədir: “Suriyada ABŞ və Rusiya bu təşkilatı yetərincə zəiflədə bildilər. Amma Yaxın Şərqdə İŞİD-in tam məhv edildiyini demək olmaz. Artıq İŞİD-in aktiv fazası əvvəlki kimi deyil. Əfqanıstan Prezidenti belə bir bəyanatla çıxış edirsə, yəqin ki, müəyyən əsasları var. Ancaq Əfqanıstanda İŞİD-in tam məhv edildiyini düşünmürəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

86