Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

Ekspert Kibertəhlükəsizlik üzrə Milli Strategiya barədə: ondan heç kimin xəbəri yoxdur

114
(Yenilənib 15:53 11.11.2019)
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyir ki, Azərbaycanın son dövrlər kibercinayətkarlıqla bağlı müəyyən uğurları var, amma problemlər də var
Osman Gündüz: “Mən ancaq tədbirlərdə eşidirəm ki, belə bir sənəd hazırlanır”

“Azərbaycanda kibertəhlükəsizlik prioritet məsələlərdən biridir. Bu baxımdan Kibertəhlükəsizlik üzrə Milli Strategiya layihəsi hazırlanıb və təsdiqolunma mərhələsindədir”. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a deyir ki, Strategiya hazırlanır, ancaq ondan heç kimin xəbəri yoxdur:

“Qurumlar bununla bağlı müzakirələr təşkil etməlidirlər. Mən ancaq tədbirlərdə eşidirəm ki, belə bir sənəd hazırlanır. Layihənin qabaqcadan müzakirə olunması lazımdır. Hesab edirəm ki, hazırkı məqamda bu, yolverilməzdir. Azərbaycanın son dövrlər kibercinayətkarlıqla mübarizədə müəyyən uğurları var, amma problemlər də qalmaqdadır”.

Osman Gündüzün geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

114
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

9
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

24
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0