Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Ekspert Neft Daşlarının tarixi rolunu anladır

85
(Yenilənib 10:17 08.11.2019)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Azərbaycan dənizdən neftin kəşfi, emalına görə dünyada flaqman rolunu oynadı
Rizvan Hüseynov: “Neft Daşlarının qurulması o dövr üçün tarixi hadisə idi”

Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu göndərib.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, Neft Daşlarının yaranması tarixi hadisədir: “Bu, o zamanlar SSRİ və dünya səviyyəsində böyük bir hadisə kimi qəbul edilirdi. Azərbaycan dənizdən neftin kəşfi, emalına görə dünyada flaqman rolunu oynadı. Yaradılmış Neft Daşları təcrübə laborotoriyasına çevrildi. Orada tək Azərbaycandan deyil, SSRİ-dən və dünyanın müxtəlif yerlərindən gələn mütəxəssislər təcrübə toplayırdı”.

Qeyd edək ki, Neft Daşları dünyada ilk neft platformasıdır və şəhər tipli qəsəbədir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilib. 1949-cu il noyabrın 7-də Neft Daşlarında 942 metr dərinlikli 1№-li quyu gündəlik 100 ton hasilatla istismara daxil olub və bununla da dənizdə neftçıxarmanın əsası qoyulub.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

85
Professor Anar İsgəndərov

Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

8
Millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib
Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

“1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”. Bunu AXC-nin 100 illiyi ilə bağlı Sputnik Azərbaycan-a danışarkən millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyib.

“AXC çox böyük dövlət olub. Bu dövlət az yaşasa da, Azərbaycan xalqını xalq edib. AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib. Bütün bunlar onu göstərir ki, həqiqətən də biz 1918-20-ci illərdə mövcud olan dövlətin siyasi varisləriyik. Bu dövlət xalqımızın tarix boyu tolerant olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur.

Anar İskəndərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8
Kamran Bayramov

Millət vəkilinin fikrincə, karantin qaydalarının pozumasına görə cəzalar sərtləşməlidir

24
Milli Məclisin deputatı Kamran Bayramov deyir ki, son günlərdə səsləndirilən rəqəmlər Azərbaycanda pandemiyanın ikinci dalğasınının olması ehtimalını ciddi şəkildə artırır
Kamran Bayramov: “Qanunvericilik çərçivəsində sərt addımların atılması zəruridir”

İnsanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında (ictimai nəqliyyat, ictimai iaşə və ticarət obyektləri, park və bulvarlar) karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalı, tibbi maskalardan istifadə məcburiyyətə çevrilməli, bu qaydaların pozulmasına görə cəzalar sərtləşdirilməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, koronavirusun ölkəmizdə yayılması ilə bağlı hökumətin son günlərdə səsləndirdiyi rəqəmlər Azərbaycanda pandemiyanın ikinci dalğasının olması ehtimalını ciddi şəkildə artırır: “Əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil. Sosial şəbəkələrdə “koronavirus yoxdur”, “koronavirus siyasi-iqtisadi oyundur”, “koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir” kimi marazmatik açıqlamaları paylaşanlar da var. Onlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər. Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir”.

Kamran Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

24
La Casa de Papel serialından kadr

"Netflix" uğursuz kopyalanmış türk serialı...

9
Əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi, bunun özü bir inqilab sayılacaqdı.

"Netflix" artıq dünyanın ən böyük kino platformasına çevrilməkdədir. Əlbəttə, bu platformada Azərbaycan istehsalı olan hər hansı film və ya serial yer almamaqdadır. Yaxın gələcəkdə bunun baş verəcəyinə dair hər hansı bir ümid işığı da olmadığından mən Türkiyə kino sektorunun "Netflix"dəki yerindən bəhs edəcəyəm.

"Netflix"də Türkiyə istehsalı olan (yanılmıramsa) iki serial yayımlanır. Bunların heç birini izləmədiyim üçün barələrində hər hansı bir fikir yürüdə bilməyəcəyəm. Lakin "Netflix"də yayımlanan bir sıra Amerika, İspaniya seriallarının izləyəcisiyəm və bu platformanın möhtəşəmliyinə dərin heyranlıq və pərəstiş duyuram. Üstəlik, film və serial sahəsinin gələcək inkişaf mərhələsinin məhz "Netflix"dən başladığını əminliklə iddia edə bilərəm.

"Netflix"də yayımlanan "La Casa de Papel" adlı ispan serialını bəlkə də çoxunuz izləmisiniz. İzləməyənlərə izləmələrini tövsiyə edirəm. Bu serial təkcə rejissor işi, aktyor oyunu, montaj və səs keyfiyyətləri ilə, məzmunu – dramaturgiyası ilə deyil, həm də özünün ehtiva etdiyi etiraz forması, tənqid üsulu ilə demokratiyanın, mənəvi və maddi azadlığın ən mükəmməl göstəricisidir.

Təbii ki, bu cür demokratik yaradıcılığa, mədəni cəsarətə elə ancaq hər hansı Avropa ölkəsi, Avropa xalqı sahib ola bilərdi. Yaxın Şərqdən, Qafqazdan, lap inkişaf etmiş uzaq Şərqdən də, Şimaldan və Cənubdan da belə keyfiyyətli tənqidi və etirazı gözləmək indiki halda hərdəmxəyallıq, hətta, dəlilik olardı.

Zeynəb Xanlarova, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"La Casa de Papel" mövzusu etibarı ilə siyasi səhnədə oynanılan böyük pul oyunlarına, insanların puldan asılı salınmış yazıq vəziyyətinə, məşiətimizlə bərabər xarakterimizin də pulla eyni mahiyyətə uyğunlaşdırılmasına etiraz edir. Əvvəlcədən təşkilatlanmış bir qrup kağız pulların istehsal olunduğu binanı işğal edir və burada istədikləri məbləğdə pul istehsal edib qaçmağı, o pulu öz aralarında bölüşdürüb öz böyük arzularını həyata keçirməyi planlaşdırırlar. Bunun üçün qurbanlar verirlər, yeri gəlsə, kiməsə hər hansı limitlərlə əzab da verirlər, amma qətiyyən can almamağa çalışır, vicdani və əxlaqi normaları qorumağa çalışır, xalqın gözündə qəhrəman olmaq, siyasətçiləri isə böyük bir iflasla baş-başa buraxmaq istəyirlər.

Serialın dördüncü sezonunun yayımına az qalmış Türkiyədə yayımlanmağa başlayan bir serialın anonsları çıxdı qarşıma. Bir müəllim dərs dediyi məktəbin binasının bir qismini partladır, öz şagirdlərini əsir götürür və özünün ailə-məişət problemlərinin intiqamını polisdən, müəllimdən, şagirddən almağa çalışır. "Öğretmen" adlı bu serialın anonslarından məlum olur ki, görüntüdə "La Casa de Papel"i parodiya etməyə çalışıblar. Lakin yaşadıqları mühitin maddi-mənəvi azadlıqları yalnız ailə-məişət intiqamlarına və kiçik əhəmiyyətli şəxslərə etiraz etməyə icazə verdiyi üçün mövzu və ideologiya baxımından "La Casa de Papel"ə yaxınlaşmağı da bacarmırlar.

Əslində, əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi (ya da edə bilsəydi), bunun özü bir inqilab sayılacaqdı. Onlar isə təkcə müəllim obrazının xarici görünüşünü, kiçik məzmun detallarını, montaj və səs effektlərini məşhur ispan serialından kopyalamağa çalışıblar. Buna rəğmən, serial qısa müddətdə xeyli baxış toplayıb və sevilərək izlənilir.

Ah, yazıq Şərq! Hər zaman kiçik məsələlərlə baş qarışdırıb, kiçik ümidlərlə yetinməyə çalışıb. Amma onlar üçün hər zaman Avropa qəddar, zalım, ədalətsiz, əxlaqsız bir coğrafiya hesab edilib. Qəribədir, elə deyilmi? Mən də bu barədə uzun düşüncələrə dalıb bir antidepressant içirəm, vəssalam. Nə edim? Elə bununla kifayətlənə bilirəm. Bağışlayın!

9