Etibar Əliyev

Təhsil eksperti magistratura təhsilinin əmək bazarındakı önəmini şərh edir

118
Təhsil eksperti Etibar Əliyev deyir ki, magistrlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar
Etibar Əliyev: “Əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə üstünlük verilməlidir”

“Hazırda Təhsil Nazirliyi bakalavr və magistr səviyyələrində uyğun olan ixtisasların genişləndirilməsi istiqamətində iş aparır”. Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, magistratura pilləsini bitirmiş şəxslərə əmək bazarında tələbat daha böyükdür:

“Dünyada əmək bazarının tələbatı daha çox magistrlara olur. Çünki onlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar. Bu da insan kapitalının inkişafına səbəb olur. Bu gün magistratura təhsilinin genişlənməsi və gənclərin cəlb olunması vacib məsələdir. Düşünürəm ki, indiki şəraitdə əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə daha çox üstünlük verilməlidir. Təəssüfləndirici haldır ki, magistr təhsili alanlar bakalavr mərhələsini bitirənlərin kiçik bir hissəsini təşkil edir. Artıq bir çox ölkələrdə orta məktəb müəllimlərinin magistr təhsilinə yiyələnməsi gündəmə gətirilir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

118

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

91
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

91

Ekspert: “Ölkə iqtisadiyyatını qorumaq üçün ciddi addımlar atılacaq”

95
(Yenilənib 09:46 08.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, dövlət büdcəsinə ediləcək dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək
Fuad İbrahimov: “Azərbaycan pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb”

Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bütün dünyada olduğu kimi Azərbaycan da koronavirus pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb:

“Ölkələr iqtisadiyyatı qorumaq üçün monetar və fiskal addımlar atırlar. Azərbaycanda da bununla bağlı olaraq dövlət büdcəsində müəyyən düzəlişlərin aparılacağı gözlənilir. Amma ölkə başçısının da qeyd etdiyi kimi, bu dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0