Natiq Rəsulzadə

Xalq yazıçı Nəsiminin yubileyi ilə bağlı keçirilən layihədən danışdı

132
Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, bu layihə İmadəddin Nəsiminin tanınması baxımından əhəmiyyətlidir
Natiq Rəsulzadə: “Heydər Əliyev Fondu vaxtaşırı maraqlı layihələr həyata keçirir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.

Xalq yazıçısı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, Heydər Əliyev Fondu vaxtaşırı belə maraqlı layihələr həyata keçirir: “Nəsiminin 650 illik yubileyi ilə bağlı 650 min ağacın əkilməsi çox gözəl təşəbbüsdür. Hər şeydən əvvəl bu, Nəsiminin tanınması baxımından əhəmiyyətlidir.  Digər tərəfdən isə bu qədər ağacın əkilməsi ekologiyamıza müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Xalq yazıçısının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

132
İT mütəxəssisi Vahid Qasımov

İT mütəxəssisi: “5G-nin insan bədəninə ziyanından danışmaq əsassızdır”

249
(Yenilənib 11:44 04.07.2020)
İT mütəxəssisi Vahid Qasımov deyir ki, necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqqında belə nağıllar dolaşır
Vahid Qasımov: “Azərbaycanda 5G texnologiyasının sürətlə yayılması ehtimalı aşağıdır”

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

İT mütəxəssisi Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, 5G texnologiyası bizim gündəlik istifadə etdiyimiz mobil internet texnologiyalarının yeni versiyasıdır:

“Necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqıqnda belə nağıllar dolaşır. Bu texnologiyalarından istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar təfindən müəyyən qaydalar hazırlanır və ondan sonra tətbiq edilməyə başlanır. Ona görə də 5G-nin insan bədəninə hansısa ziyanından danışmaq hazırkı məqamda əsassızdır. Artıq 5G şəbəkələri dünyanın 20-25 ölkəsində aktiv şəkildə tətbiq edilir. Azərbaycanda isə 5G texnologiyasının sürətlə yayılma ehtimalı aşağıdır”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

249
Sənan Şəfizadə

İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”

4
(Yenilənib 15:01 03.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur
Sənan Şəfizadə: “Oyunlar təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur”

“Roy Kinin gəlişi ilə bütün problemlərin həll olacağına əmin ola bilmərik”. Bunu Sputnik Azərbaycan-a idman şərhçisi Sənan Şəfizadə deyib.

O bildirib ki, Millətlər Liqasında uğurlu çıxışa ümidləndiyimiz üçün məşqçi axtarışı sürətlənib: “Əgər Millətlər Liqasının oyunları bu il üçün təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur. Əcnəbi məşqçi gələrsə, Azərbaycan futbolçularını tanımaq üçün ona ən azı bir il vaxt lazım olacaq. Hazırkı pandemiya şəraitində isə məşqçilərin oyunçu seçimi etmək üçün belə bir imkanı yoxdur. Hazırkı məqamda hər-hansı əcnəbi məşqçi Azərbaycan millisinə fövqəl bir uğur qazandırmayacaq. Futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur. Futbolçu yetişdirmək lazımdır”.

Qeyd edək ki, İngiltərənin “The Sun” nəşri “Mançester Yunayted” klubunun əfsanəvi futbolçularından sayılan Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğunu yazıb.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
102-я российская военная база

Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

22
Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

BAKI, 4 iyul - Sputnik. Bu gün günorta saatlarında Ermənistanın Gümra şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən Sputnik Ermənistan-a bildirildiyinə görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

22