Azər Həsrət

Sosial şəbəkələrdə saxta profillərin qarşısını almaq mümkün olacaqmı ekspert rəyi

61
(Yenilənib 16:20 03.11.2019)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, saxta profillər vasitəsilə görülən işlər cəmiyyətləri çalxalamaqdadır

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün klasterləşdirmə metodlarının tətbiqi araşdırılır. Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, sosial şəbəkələrdə saxta profillərin aşkarlanması günümüzün tələbidir:

“Saxta profillər vasitəsilə görülən işlər cəmiyyətləri çalxalamaqdadır. Düşünürəm ki, klasterləşdirmə metodları ilə saxta profillərin aşkarlanması mümkün olacaq. Bununla belə, bəd niyyətlərini həyata keçirmək istəyən şəxslər də boş dayanmayacaqlar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

61