İqtisadçı Ruslan Atakişiyev

Beynəlxalq proseslər struktur islahatlarını necə zərurətə çevirdi ekspert şərhi

102
(Yenilənib 16:09 31.10.2019)
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyir ki, artıq vergilər sahibkarlara xidmət göstərmək yolu ilə büdcənin dolmasını təmin edəcək
Ruslan Atakişiyev: “Azərbaycan dayanıqlı iqtisadi inkişaf strategiyasını gerçəkləşdirir”

Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində Azərbaycanda keçirilən struktur islahatları mövzusundə dəyirmi masa təşkil olunub.

Tədbirdə çıxış edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev deyib ki, beynəlxalq təcrübədə vergilər strukturu digər müvafiq dövlət qurumlarının tərkibində yerləşir:

“Gözləntilər var idi ki, vergilər strukturu Maliyə nazirliyinin tərkibinə daxil edilsin. Çünki dünyanın inkişaf etmiş ölkələrində artıq belə bir təcrübə mövcuddur. Azərbaycanda keçirilən islahatlar vergilərin məzmununun dəyişməsini göstərir. Artıq vergilər sahibkarlara xidmət göstərmək yolu ilə büdcənin dolmasını təmin edəcək. Son dövrlər beynəlxalq iqtisadiyyatda baş verən proseslər də islahatların zəruriliyini ortaya çıxardı. Azərbaycan da bunları nəzərə alaraq sahibkarlığın hərtərəfli inkişaf etdirilməsi və komfort şəraitin yaradılması ilə dayanıqlı iqtisadi inkişaf strategiyasını gerçəkləşdirir”.

 Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

102
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Elektron kreditləşmə iqtisadi aktivliyin artımına imkan verəcək”

3
(Yenilənib 11:06 06.07.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, elektron platforma üzərində kreditlərin verilməsi indiki şərait üçün labüddü
Elnur Sadıqov: “Elektron kreditlərin verilməsi məqsədə uyğundur”

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, pandemiya iqtisadiyyatın bütün sahələrinə, o cümlədən bank sektoruna təsirini göstərib:

“Faktiki olaraq hazırda müştərilərin banklara gəlməsi, sənədləşmə işlərini aparması çətindir. Bu baxımdan elektron platforma üzərində kreditlərin verilməsi indiki şərait üçün labüddür. Elektron kreditlərin verilməsi, hesablaşmaların aparılması daha məqsədə uyğundur. Eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində maliyə çatışmazlığı ilə üzləşən şəxslər, müəssisə və təşkilatlar üçün belə bir platforma iqtisadi aktivliyin artımına imkan verəcək”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
İlqar Orucov

Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”

72
(Yenilənib 11:51 05.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir
İlqar Orucov: “Dövrümüzdə kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir”

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, yeni ixtisaslarla bağlı magistr qəbuluna rast gəlmədiyim üçün təəssüf edirəm:

“Xüsusilə, hazırkı zamanda müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir. Xarici ölkələrdə müxtəlif ixtisasların kəsişməsi ilə yaranan multidisiplinar istiqamətlərdə təhsil priotet sayılır. Dövrümüzdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir. Düşünürəm ki, bizim ali təhsil müəssisələri də bu istiqamətlərdə işlərini qurmalıdır. Digər ortaya çıxan məqam isə bu istiqamətlərdə təhsilin qurulması üçün peşəkar professor-müəllim kadrlar heyətinin azlığıdır. Bunun da çıxış yolu tələbələrin müvafiq proqramlarla doktorantura pilləsi üzrə inkişaf etmiş ölkələrdə təhsil almasına şərait yaratmaqdır”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

72
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

0
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

0