Zaur Məmmədov

Politoloq: “İŞİD liderinin öldürülməsi çox maraqlı vaxta təsadüf edir”

173
(Yenilənib 16:35 31.10.2019)
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, əl-Bağdadinin öldürülməsi Trampa əlavə dividentlər qazandıracaq
Zaur Məmmədov: “Suriyada yeni vəziyyətin yaranmasının şahidi oluruq”

“İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsi terrorla mübarizədə dönüş nöqtəsidir”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Suriyada İŞİD liderinin öldürülməsi çox maraqlı vaxta təsadüf edir: “Bunun təsadüf olub-olmaması isə maraqlıdır. Əbubəkr əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən öldürülməsi Trampa əlavə dividentlər qazandıracaq. Hazırda Suriyada yeni vəziyyətin yaranmasının şahidi oluruq”.

Qeyd edək ki, ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

173
Müslüm İbrahimov

Professor: “ABŞ-Çin razılaşması bütün dünya üçün önəmlidir”

82
(Yenilənib 10:31 07.08.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, qlobal-siyasi və daxili siyasi proseslər iki ölkənin münasibətlərinə təsir edir
Müslüm İbrahimov: “Pandemiyanın davam etməsi situasiyanı daha da çətinləşdirib”

ABŞ və Çinin iki ölkə arasındakı artan gərginlik səbəbiylə birinci mərhələ ticarət razılaşmasına yenidən baxılacağı bildirilib. ABŞ Ticarət Nümayəndəsi Robert Laythayzer və Çin Baş nazirinin müavini Liu He tərəfindən həyata keçirilən birinci mərhələ sövdələşməsinə dair danışıqların razılaşma canlı yayımlandıqdan altı ay sonra, 15 avqust və ya ətrafında reallaşacağı bildirilib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar ABŞ-Çin ticarətində disbalansın yaranması ilə nəticələnəcək:

“Pandemiyanın davam etməsi situasiyanı daha da çətinləşdirib. Bu faktor iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Qeyd etməliyik ki, hazırda bu iki ölkənin münasibətləri yaxşı deyil. Münasibətlərə qlobal-siyasi və daxili siyasi proseslər təsir edir. Ticarət razılaşması çərçivəsində keçiriləcək görüşlər tək Çin və ABŞ üçün deyil, eyni zamanda bütün dünya üçün önəmlidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

82
Джахангир Гаджиев

Cahangir Hacıyev: “Könüllülər karantin tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək”

91
ASAN Xidmətin rəsmisi Cahangir Hacıyev deyir ki, könüllülər vahid reyestrə daxil edilmiş, Sumqayıt və Bakı çimərliklərində fəaliyyət göstərəcəklər
Cahangir Hacıyev: “Çimərlikləri ziyarət etmək üçün xüsusi icazə lazım deyil”

“Könüllülərimiz pandemiya zamanı lazımi tələblərə cavab verən və vahid reyestrə daxil edilmiş, cimerlik.az portalında göstərilən Sumqayıt və Bakı çimərliklərində fəaliyyət göstərəcəklər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnsan Resursları və Təlim Şöbəsininn müdir müavini Cahangir Hacıyev deyib.

“Çimərlikləri ziyarət etmək üçün xüsusi icazə lazım deyil. Hər kəs çimərliyə gedə bilər, ancaq karantin rejiminin qəbul edilmiş qaydalarına ciddi riayət etmək lazımdır. Könüllülər çimərliklərdə karantin tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək, monitorinq və maarifləndirmə işləri aparacaqlar. Bu fəaliyyət pandemiya zamanı istirahət edənlərin sağlamlığını qorumaq məqsədi daşıyır”  - deyə o bildirib.

Cahangir Hacıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

91
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0