Руководитель проекта The Greater Middle East Али Гаджизаде

Ekspert Türk Şurasının perspektivlərini şərh edir

122
(Yenilənib 16:39 18.10.2019)
“The Greater Middle East” layihəsinin rəhbəri Əli Hacızadə deyir ki, bu ölkələrin vahid siyasətinin formalaşmasına hələ çox var
Əli Hacızadə: “Bu birlik beynəlxalq təşkilatlarda müəyyən rol oynaya bilər”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən “Cənubi Qafqaz” politoloqlar klubunun 63-cü iclasında türkdilli dövlətlərin əməkdaşlıq perspektivləri müzakirə olunub.

İclasda çıxış edən “The Greater Middle East” layihəsinin rəhbəri Əli Hacızadə deyib ki, yaxın gələcəkdə Türk Şurasının yaxın gələcəkdə hansısa proseslərə ciddi təsiri olacağını ehtimal etmir: “Bu ölkləri etnik və dil birliyi birləşdirsə də, onların siyasi vizionları bir-birindən fərqlidir. Ancaq bu birlik beynəlxalq təşkilatlarda müəyyən rol oynaya bilər. Bu ölkələrin vahid siyasətinin formalaşmasına hələ çox var”.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti keçirilib. Sammitdə Türk dövlətlərinin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın liderləri iştirak ediblər.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

122
İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli

Ekspert: "Dövlət şirkətlərinə qoyulan investisiyaların səmərəliliyi suallar yaradır"

4
(Yenilənib 10:27 12.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq
Fuad İbrahimov: “İnvestisya Holdinqi şəffaflığı təmin edəcək”

Dövlət şirkətləri, elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bəzi dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq müşahidə olunmur və illərdir qoyulan investisiyaların səmərəliliyi suallar yaradır:

“Ümidvaram ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə belə şirkətlərdə şəffaflığın təmin olunması mümkün olacaq. Maliyyə dövriyyəsində şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq. İndiki şəraitdə belə bir holdinqin yaradılması məqsədəuyğundur”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Adil Qeybulla, həkim

Professor: “İkinci dalğanın ağır fəsadlar yaradacağı proqnozlaşdırılmır”

25
(Yenilənib 20:34 10.08.2020)
Professor, həkim Adil Qeybulla deyir ki, sərt karantin qaydaları tətbiq olunmaqla bütün sosial həyat fəaliyyət göstərməlidir
Adil Qeybulla: “Payızada digər xəstəliklərin ortaya çıxması çətinliklər yaradacaq”

“ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər”. Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, gərək bir dalğa sönsün, daha sonra hadisələrin dinamikasını müşahidə edə bilək:

“Azərbaycanda virusla mübarizə spesifik aparılır. Birinci karantinin ləğvindən sonra qaydalara riayət edilməməsinin nəticələrini indi görürük. Artıq virusun ikinci dalğası ilə bağlı Avropada müzakirələr başlayıb. Amma nəzərə alınmalıdır ki, virus zəifləyib, xeyli mutasiyaya uğrayıb. Ona görə də ikinci dalğanın ağır fəsadlar yaradacağı proqnozlaşdırılmır. Sərt karantin qaydaları tətbiq olunmaqla bütün sosial həyat fəaliyyət bərpa edilməlidir. Payızda digər xəstəliklərin ortaya çıxması çətinliklər yaradacaq”.

Adil Qeybullanın geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz

25
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Şəmkirdə "Canavar" ələ keçdi, amma əməli heç canavara yaraşmır

0
Saxlanılan şəxslər istintaqa təhvil veriliblər, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır

BAKI, 12 avqust — Sputnik. Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlanmasında şübhəli bilindikləri üçün saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadla xəbər verir ki, onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan 1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni "Canavar" ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsinin daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kəndi ərazisindəki həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

0
Əlaqədar
Gəncə sakini ağır dəlillə ələ keçdi - FOTO
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Dərman da olarmış! Marixuananın xərçəngi məhv edən növü aşkarlanıb
Videosu "tutmadı", özünü tutdular
Şabran polisi əməliyyat keçirdi: üç rayon sakini saxlanıldı