Elxan Şahinoğlu

Politoloq “Barış çeşməsi” haqqında: bu, işğal deyil

70
(Yenilənib 15:10 17.10.2019)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Türkiyənin müttəfiqi və tərəfdaşı sayılan dövlətlər bu məsələdə dəstək vermədilər
Elxan Şahinoğlu: “Suriyada əməliyyat Türkiyənin haqqıdır”

“Suriyada əməliyyatın keçirilməsi Türkiyənin haqqıdır”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Türkiyə uzun müddət terror təhlükəsinin önlənməsinin zəruri olduğunu bildirirdi: “Təəssüf olsun ki, Türkiyənin müttəfiqi və tərəfdaşı sayılan dövlətlər bu məsələdə dəstək vermədilər. Türkiyənin bu əməliyyatları Suriyanı işğal etmək məqsədi daşımır. Suriyadakı mövcud rejim əraziləri daxilində təhlükəsizliyi təmin edə bilmir. Ona görə Türkiyə bu əməliyyatlara başlamağa məcbur oldu”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

70
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

2
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

24
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Bakıda avtobus, arxiv şəkli

BNA Bakıda ekspres avtobuslarının gecikmə səbəbini açıqladı

0
Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb

BAKI, 20 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir: "Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".

0
Teqlər:
avtobus, BNA, tıxac, Bakı