SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert Putinin Səudiyyə Ərəbistanına səfərinin əhəmiyyətini açıqladı

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, region dövlətləri Rusiyanın beynəlxalq miqyasda əhəmiyyətini və maraqlarını anlayırlar
Fikrət Sadıxov: “Rusiya ilə bağlanmış müqavilələr regionda stabilliyə gətirib çıxara bilər”

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səud arasında keçirilən görüşdə hərbi və texniki əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Putninin Səudiyyə Ərəbistanına səfərində məqsəd strateji maraqların genişlənməsinə nail olmaqdır: “Səudiyyə Ərəbistanı ilə imzalanan bir sıra sənədlər Fars körfəzində stabilliyin yaranmasında rol oynayacaq. Səudiyyə Ərəbistanında anlayırlar ki, Rusiyanın regionda əhəmiyyəti böyükdür və onun maraqlarını nəzərə almaq lazımdır. Düşünürəm ki, Rusiya ilə bağlanmış müqavilələr regionda stabilliyə gətirib çıxara bilər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər zamanı neft prosesi, Suriya və Fars körfəzindəki vəziyyətin sabitləşdirilməsi üçün fəaliyyətin əlaqələndirilməsi, eləcə də İsrail-Fələstin münasibətlərinin tənzimlənməsi danışıqlar mövzusunun tərkib hissəsi olub. İki ölkə liderləri, həmçinin qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrini müzakirə ediblər.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0