Sənan Şəfizadə

İdman şərhçisi: “Aydın Süleymanlının uğuru təsadüf deyil”

58
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, kişilərdən ibarət milli komandamız dünyanın ən güclülərindən hesab olunur

Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram”-dakı rəsmi səhifəsində qeyd edilir.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan sözün əsl mənasında şahmat ölkəsidir:

“Azərbaycanın şahmatdakı uğurlarının təkrarlanması bu idman növünün ölkəmizdə sevildiyini göstərir. Hazırda Azərbaycandakı şahmat məktəblərində bu idman növünə böyük maraq var. Ümumiyyətlə, kişilərdən ibarət milli komandamız dünyanın ən güclülərindən hesab olunur. Aydın Süleymanlının uğuru isə böyük nəticədir və təsadüf deyil”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

58