SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə ABŞ-ın qarşı olduğu əməliyyatı keçirəcəkmi - politoloq şərhi

Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyə üçün ən böyük risk PKK və uzantılarının Suriyada daha güclü qərarlaşmasıdır
Elxan Şahinoğlu: “ABŞ-la toqquşma ehtimalları risk olaraq qalır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın telefon söhbətindən sonra Ağ Ev açıqlama yayıb. Açıqlamada bildirilib ki, Türkiyə yaxın vaxtlarda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı hərbi əməliyyatlara başlayacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Suriya ərazisində PKK-nın mövcudluğu Türkiyəyə təhlükə yaradır: “Bir ara ABŞ Türkiyə ilə terrorçulara qarşı mübarizədə əməkdaşlıq etməyə razılıq vermişdi. Amma indi ABŞ-ın bu fikirdən imtina etdiyi görünür. Ona görə də Türkiyə çarəsiz halda Suriyaya təkbaşına müdaxilə etməyə məcbur qalacaq. ABŞ-la müəyyən toqquşma ehtimallarının olması risklərin olduğunu deməyə əsas verir. Ən böyük risk isə PKK və uzantılarının Suriyada daha güclü qərarlaşmasıdır. Düşünürəm ki, hansısa bir anda Türkiyə qoşunları Suriyada əməliyyat keçirəcəklər”.

Türkiyə mediasında yazılanlara görə, bundan sonra Türkiyənin bölgədə “Barış pınarı” adlı hərbi əməliyyatlara başlayacağı gözlənilir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0