Müşviq Ələsgərli

Sosial şəbəkələrdə söyüş kampaniyasını kimlər dəstəkləyir - Müşviq Ələsgərli danışır

31
(Yenilənib 14:59 07.10.2019)
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyir ki, dövləti təmsil edən şəxslər əhali qarşısında çıxış edərək, söyüş kampaniyasında irəli sürülən tezislərin yalan olmasını izah edirlər

“Sosial şəbəkələr irticaçı qüvvələrin özfəaliyyətləri üçün platformaya çevrilməkdədir”. Bunu Sputnik Azərbaycan-a sosial şəbəkələrdə söyüş kampaniyası ilə mübarizə haqqında danışarkən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.

O bildirib ki, Azərbaycana qarşı uzun illərdir davam edən qərəzli yanaşma sosial şəbəkələrdə daha qabarıq şəkildə üzə çıxır: “Bu kampaniya nəinki qərəzli, həm də ədəbsiz formada aparılır. Dövləti təmsil edən şəxslər əhali qarşısında çıxış edərək, həmin söyüş kampaniyasında irəli sürülən tezislərin yalan olmasını izah edirlər. Bu da kifayət qədər effektini verir. Kampaniyanı aparanlar Azərbaycanda mənəviyyatsız mühit formalaşdırmağa çalışırlar. Bu baxımdan onlar kifayət qədər təhlükəlidirlər”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edildiyini və orada ara qarışdırmağa cəhd edildiyini bildirib.

Müşviq Ələsgərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

31