Aygül İsayeva

Gürcüstanda azərbaycandilli universitet niyə yaradılmalıdır - Aygül İsayeva danışır

120
(Yenilənib 09:58 07.10.2019)
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı direktoru Aygül İsayeva deyir ki, təqaüd yaşına çatmış müəllimlərin işdən uzaqlaşdırılıması ilə kadr çatışmazlığı daha çox hiss olunur
Aygül İsayeva: “Bu, Azərbaycan məktəblərinin bağlanmasının qarşısını alacaq”

Gürcüstanın azərbaycanlı vətəndaşları ölkənin baş naziri Giorgi Qaxariaya müraciət hazırlayıblar. Sənəddə Gürcüstanda azərbaycandilli kadrlar hazırlayacaq ali məktəbin təsis edilməsi xahiş olunur.

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı direktoru, Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, Gürcüstanda azərbaycandilli universitetin yaranması Azərbaycan məktəblərinin bağlanmasının qarşısını alacaq:

“Gürcüstanda ilbəil Azərbaycan məktəbləri bağlanır. 1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 2019-cu ildə 120 məktəb qalıb. Məktəblərin bağlanmasının əsas səbəbi kadr çatışmazlığıdır. Təqaüd yaşına çatmış müəllimlərin işdən uzaqlaşdırılması ilə kadr çatışmazlığı daha çox hiss olunur. Düşünürük ki, Azərbaycan dilində universitet yaransa, kadr çatışmazlığı məsələsi həllini tapacaq. Gürcüstan azərbaycanlıları çoxluq təşkil edən milli azlıq kimi bu ölkədə azərbaycandilli kadr hazırlayan universitetin təsis olunmasını tələb edir”.

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

120
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır”

76
(Yenilənib 23:13 14.08.2020)
Professor Elnur Sadıqov deyir ki, bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada sərbəst fəaliyyətdən danışmaq olmaz
Elnur Sadıqov: “Dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir”

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması müasir dövrün tələblərinə cavab verən addımdır:

“Biz bilirik ki, dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir. Lakin ayrılan maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır. Bu məsələlərə aydınlıq gətirmək üçün həmin o vəsaitlər bir mərkəzdə cəmləşdirilir. Qoyulan investisiyalar sərbəst şəkildə özünü idarə etməlidir. Əgər bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada hansı sərbəst fəaliyyətdən danışmaq olar?! Ona görə də belə təşkilatların dövlətin tərkibində qalması daha məqsədəuyğundur”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

76
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

94
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

94
Peyvənd, arxiv şəkli

Peyvəndləmənin üçüncü mərhələsi bu şəraitdə keçəcək

0
(Yenilənib 00:28 16.08.2020)
Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

BAKI, 16 avqust — Sputnik. Koronavirus peyvəndi sınaqlarının üçüncü mərhələsi ambulator şəraitdə keçiriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bütün könüllülər prosedur üçün evdən gələcəklər. Peyvəndləmə və araşdırmadan sonra isə, geri qayıdacaqlar.

Peyvəndləmə iki mərhələli aparılır. Əvvəlcə antitel səviyyəsinin ölçülməsi üçün qan götürülür. Daha sonra peyvəndin birinci hissəsi vurulur. İkinci iynə isə 21 gündən sonra vurulur. Bundan öncə də qan yoxlanılır. Üç həftədən sonra könüllülər yenidən qan verirlər. Həkimlər antitel artımı müəyyən edir.

Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

0