CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erkən nikahların qarşısını necə almaq olar - psixoloq şərhi

© Sputnik / STRSəhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov  - Sputnik Azərbaycan
Abunə olmaq
Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov deyir ki, bir çox ölkələrdə erkən nikahlarla mübarizə üçün yaxşı strategiyalar var
Fuad İsmayılov: “Erkən nikah bağlayan insanlar buna hazır deyillər”

“Bu gün cənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova səsləndirib.

Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov Sputnik Azərbaycan-a deyir ki, erkən nikahlar bizim ölkə üçün çox böyük problemdir: “Erkən nikah bağlayan insanlar buna hazır deyillər. Bir çox ölkələrdə erkən nikahlarla mübarizə üçün yaxşı strategiyalar var. Valideynlər erkən nikahın nə qədər ziyanlı bir şey olduğu barədə maariflənsə, onun sayı azalacaq”.

Fuad İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0