CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oljas Süleymenov Stalinin saxtakarlığından danışır

Abunə olmaq
Qazaxıstanlı şair, yazıçı, ictimai və siyasi xadim Oljas Süleymenov deyir ki, qələbənin xatirəsini gələcək nəsillərə ötürməliyik
Oljas Süleymenov: “Generalissimusun rəhbərliyi altındakı qələbənin dəyəri budur”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində “İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq” adlı Beynəlxalq İctimai Forumun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, mətbuat konfransında çıxış edən qazaxıstanlı şair, yazıçı, ictimai və siyasi xadim Oljas Süleymenov deyib ki, “birlikdə qazandıq” sözləri Azərbaycan üçün də çox əhəmiyyətlidir:

“Biz bu qələbənin xatirəsini mütləq qoruyub gələcək nəsillərə ötürməliyik. Aydındır ki, bu qələbə Sovet İttifaqı üçün çox çətin olub. Lakin burada müəyyən rəqəmləri səsləndirmək istərdim.

1946-cı ildə, qələbədən bir il sonra, almanların itkiləri məlum oldu – 8 milyondan çox hərbi və mülkü itki. Stalin də çıxış edərək Sovet İttifaqının itkilərini səsləndirdi – yeddi milyon. O düşünürdü ki, qalib tərəf az itki verməlidir. Lakin Stalin ifşa olunanda bu rəqəmlər də çıxarıldı və yeni rəhbərlər yeni rəqəmlər səsləndirdilər.

Xruşşov 20 milyon demişdi, Qorbaçov – 27, keçən ilin may ayında isə mən son rəqəm haqda öyrəndim – 42 milyondan çox həyat. Generalissimusun rəhbərliyi altındakı qələbənin dəyəri budur”.

Qeyd edək ki, bu günlərdə Bakıda Bakı Slavyan Universitetində "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" adlı Beynəlxalq İctimai Forum öz işini başa çatdırıb. Forumda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Hindistan və digər ölkələrin alim və ekspertləri iştirak ediblər.

Oljas Süleymenovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0