Politoloq Ramiyə Məmmədova

Amerikanın yalanları Türkiyəni təngə gətirib - politoloq şərhi

1392
(Yenilənib 09:59 03.10.2019)
Politoloq Ramiyə Məmmədova deyir ki, ABŞ Türkiyənin öz mövqeyindən geri çəkilməyəcəyini anladığı üçün bu prosesdə iştirak etməyə söz verdi
Ramiyə Məmmədova: “Türkiyə Suiryalı qaçqınların öz ölkəsinə qayıdışını təmin etmək istəyir”

“Təəssüf ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılması ilə bağlı arzu etdiyimiz nəticəni əldə edə bilmədik”. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci çağırış 3-cü qanunverici ilinin açılşı mərasimində çıxışı zamanı deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Türkiyə təhlükəsizlik zonası yaratmaq təklifi ilə çıxış edərkən qərb dövlətlərinə səslənirdi:

“Bu təklif ABŞ-la aralarında olan gərginliyi daha da artırdı. ABŞ Türkiyənin öz mövqeyindən geri çəkilməyəcəyini anladığı üçün prosesdə iştirak etməyə söz verdi. Türkiyədə hazırda 3 milyon suriyalı qaçqın var. Türkiyə təhlükəsizlik zolağını yaratmaqla bu qaçqınların ən azı yarısının Suriyaya qayıdışını təmin etmək istəyir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

1392
Aydın Mirzəzadə

Millət vəkili: “Azərbaycan koronavirus pandemiyasına operativ reaksiya göstərdi”

12
(Yenilənib 22:23 11.07.2020)
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir
Aydın Mirzəzadə: “Bu gün aparılan siyasət yoluxmanın qarşısını almağa yönəlib”

Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan koronavirus pandemiyası vaxtı operativ reaksiya göstərən ölkələrdən biridir:

“Hər bir ölə resurslarına uyğun olaraq mübarizə aparmağa çalışır. Ölkəmizdə görülən tədbirlərin nəticəsi olaraq xəstələnənlərin sayının müəyyən sayda saxlamaq mümkün olur və artımın qarşısı alınır. Bu gün aparılan siyasət artımın qarşısını almağa yönəlib. Aparılan siyasət həm daxildəki problemin həllinə, həm də dost ölkələrə yardımlar edilməsinə imkan verir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Ekspert: "Ölkəmizin turizm sektorunda tənəzzülün yaşandığı görünür"

64
(Yenilənib 09:40 11.07.2020)
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur
Azər Allahverənov: “Azərbaycan hökuməti vacib addımlar atmaq niyyətindədir”

“Azərbaycanda pandemiya şəraitində tuzim sektorunun qorunması məsələsi aktual olaraq qalır”. Bunu Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

Ekspert bildirib ki, pandemiya iqtisadiyyatın bir çox sahələrinə təsir göstərib, ancaq ən böyük mənfi təsirlə turizm sektoru üzləşib: “Ölkəmizdə bu sahədə tənəzzülün yaşandığı görünür. Bununla bağlı Azərbaycan hökuməti vacib addımlar atmaq niyyətindədir. Birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur. İkinci mərhələdə isə diqqət xarici turizmə yönəlməlidir. Bura həm gəlmə, həm də getmə turizmi ilə bağlı məsələlərin həlli daxildir”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət prosedurunu hazırlayıb.

Azər Allahverənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

64
Əlaqədar
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil
Hamı imdad diləyir – Bəzilərinə icazə verilsə də, qalanı evdə gözləyir
Haradan haraya! Balaxanı bu dəfə də yeni turizm məkanı kimi
Turizm şirkətləri pandemiyada belə fəaliyyət göstərəcək
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Həkim, arxiv şəkli

Həkimlərin təşkilatına ittiham: irqçidirlər

0
(Yenilənib 22:52 12.07.2020)
“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

BAKI, 12 iyul — Sputnik. “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının minədək sabiq və hazırkı əməkdaşı açıq məktub yazaraq təşkilatı institusional irqçilikdə ittiham edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazır.

Məktubda deyilir ki, “Sərhədsiz həkimlər”in rəhbərliyi korporativ mədəniyyətin, işə qəbul təcrübəsinin və “kiçik qrup imtiyazlı ağ adamların rəhbərlik etdiyi qeyri-insani proqramların” dəstəklədiyi irqçiliyin miqyasını dərk etmir.   

Məktuba imza atanlar təşkilatda müstəqil araşdırma aparılmasına, eləcə də “dəyişilməz rəhbərlik və paternalizmi” aradan qaldıracaq islahatların edilməsinə çağırırlar.

Bundan başqa, iradların sırasında təşkilatın iyerarxik quruluşu və bütün idarəçiliyin qərb ölkələrinin əlində olması yer alır.

Belə ki, 2019-cu ildə təşkilatda 65 min əməkdaş çalışırmış, bunların 90%-i isə təşkilatın işlədiyi zonalardakı lokal heyət olub. Bütün idarəçilər isə həmin dövrdə qərb ölkələrində olublar.

“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

0
Əlaqədar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
“Heykəl müharibəsi”: bu günün qəhrəmanı sabah zibillikdə yer ala bilər
Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb
Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi
BMT baş katibi Antonio Quterreş videomüraciət yayıb